Xəzər Xəbər

Bakının bir hissəsində su olmayacaq

İqtisadiyyat | 17:46 • 25 Dekabr 2018
Bakının bir hissəsində su olmayacaq

Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrinə) içməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq.

Bu barədə "Azərsu” ASC-dən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti