Xəzər Xəbər

Əcnəbilər pullarını götürüb Rusiyadan qaçır REKORD MƏBLƏĞ

İqtisadiyyat | 15:23 • 24 Dekabr 2018
Əcnəbilər pullarını götürüb Rusiyadan qaçır

2018-ci il ərzində xarici investorlar Rusiyafondlarından rekord həddə - 1 milyard dollar vəsait çıxarıb. Bu barədə Bank of America Merrill Lynch hesabat yayıb.

Məlumata görə, bu, 2013-cü ildən bəri müşahidə olunan ən yüksək həddir. O zaman fondlar 3,1 milyard dollar itirmişdi. Son 3 həftədə çıxarılan məbləğ 330 milyon dollar olub.

Yanvar ayında Rusiya fondlarına 0,5 milyard dollar qoyulub. Yazda isə 700 milyon dollar çıxarılıb. Payızdan etibarən çıxarılan məbləğ davamlı olub.

Əcnəbilərin gedişi gərgin geosiyasi vəziyyətlə izah olunur. Bura sanksiya və yeni təhdidlər də daxildir. Həmçinin, neftin qiymətinin aşağı düşməsinin də buna təsiri var.

Cebhe.info

Xəbər lenti