Xəzər Xəbər

Hökumət işini dayandırdı: Dollar qəfil ucuzlaşdı

İqtisadiyyat | 15:17 • 24 Dekabr 2018
Hökumət işini dayandırdı:

Dünya birjalarında ABŞ dolları ucuzlaşır.

Buna səbəb ABŞ-da siyasi qeyri-müəyyənlikdir.

Yapon ieni dollarla müqayisədə bahalaşaraq 111,1-dən 111,26-ya yüksəlib. Həmçinin, avro da dollara nisbətən dəyər qazanıb.

ABŞ-da dekabrın 22-dən etibarən bəzi federal idarələr fəaliyyətini dayandırıb. Buna səbəb də büdcənin olmamasıdır.

Respublikaçılar və demokratlar büdcə layihəsinin qəbulunda ortaq rəyə gələ bilməyib. Buna görə də hökumət fəaliyyətini dayandırmalı olub. Administrativ Büdcə İdarəsinin rəhbəri Mik Malveyni bu il ərzində büdcə müzakirələrinin uğurlu sonluqla nəticələnməmək ehtimalını istisna etməyib. Bu isə dolların məzənnəsinin azalmasında təsirsiz qalmayıb.

Cebhe.info

Rubrikanın digər xəbərləri

Xəbər lenti