Xəzər Xəbər

Beynəlxalq Enerji Agentliyi: Neftin qiymətində kəskin bahalaşma gözləmirik

İqtisadiyyat | 14:38 • 24 Dekabr 2018
Beynəlxalq Enerji Agentliyi: Neftin qiymətində kəskin bahalaşma gözləmirik

Neftin qiymətində kəskin bahalaşma gözləmirik.


Bu sözləri "Bloomberg HT”yə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib. O bildirib ki, neftin qiymətində kəskin bahalaşma gözləmirik, lakin enerji bazarı böyük volatillik göstərəcək.


F.Birol qeyd edib: "Əvvəllər neftin qiymətini OPEC təyin edirdi. Artıq bu dəyişib və yeni, ikinci aktor var. Bu da ABŞ-dakı şist neftidir. Bu neft 8 il əvvəl çıxarılmağa başlanılıb. Səkkiz ildə ABŞ-da şist neftinin səviyyəsi İraqın hasilatının iki mislinə bərabər olub. Artıq yalnız Vyanada qəbul olunan qərarlara deyil, ABŞ-da şist nefti istehsalının necə artacağına baxmaq lazımdır. 2019-cu ildə və sonrakı dövrdə iki böyük aktor, eləcə də geosiyasi qeyri-müəyyənliklə əlaqədar böyük volatillik baş verəcək. 2019-cu ildə ciddi qeyri-sabitlik görməyə davam edəcəyik”.

Xəbər lenti

Çox oxunanlar