Xəzər Xəbər

Vergi Məcəlləsində dəyişikliklər sahibkarlar və vətəndaşlar üçün çox faydalı olacaq

İqtisadiyyat | 14:55 • 21 Dekabr 2018
Vergi Məcəlləsində dəyişikliklər sahibkarlar və vətəndaşlar üçün çox faydalı olacaq

Vergi Məcəlləsində edilən dəyişikliklər sahibkarlar və vətəndaşlar üçün çoxlu faydalı olacaq.


Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov əməkhaqqıdan tutulan gəlir vergisi ilə bağlı islahatların mahiyyətini şərh edərkən deyib.


Nazir müavini qeyd edib ki, bu mövzunun daha çox müzakirə olunması təbiidir, çünki hamının maraqları ilə səsləşir: "Vergi Məcəlləsinə edilən dəyişikliklərlə ilk dəfə olaraq vergidən azad olunan əməkhaqqının məbləği 8000 manata qədər artırılıb. Dövlət və neft-qaz sektorunda çalışanlar istisna olmaqla, yalnız qeyri-dövlət sektorunda çalışan 500 mindən çox adam bu vergi güzəştlərindən faydalana biləcək və yeddi il onlar əməkhaqqıdan gəlir vergisi ödəməyəcəklər”.


S.Ələkbərov, həmçinin nəzərə çatdırıb ki, 2019-cu ilin büdcəsində gəlir vergisi üzrə daxilolmaların 316 milyon manat azaldılması nəzərdə tutulub. Bütövlükdə planlı şəkildə dövlət büdcəsinə vergi daxilolmalarında azalma təxminən 400 milyon manata yaxındır. Bu isə o deməkdir ki, həmin vəsaitlər sahibkarların və vətəndaşların sərəncamında qalacaq.

Xəbər lenti