Xəzər Xəbər

Əmanətlərin 63,5 faizi xarici, 36,5 faizi isə milli valyutada qoyulub

İqtisadiyyat | 12:54 • 20 Dekabr 2018
Əmanətlərin 63,5 faizi xarici, 36,5 faizi isə milli valyutada qoyulub

Mərkəzi Bankın məlumatına görə, noyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq 8140,0 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, əmanətlərin 63,5 faizi xarici, 36,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,4 dəfə, xarici valyutada əmanətlər isə 1,6 faiz artıb.

Xəbər lenti