Xəzər Xəbər

Rusiya Bankı gələn illə bağlı proqnoz verdi

İqtisadiyyat | 16:48 • 19 Dekabr 2018
Rusiya Bankı gələn illə bağlı proqnoz verdi

Rusiya Bankı (Mərkəzi Bank) 2019-cu ildə qiymət artımı ilə bağlı məlumatları özündə əks etdirən "Pul –kredit siyasəti” hesabatını açıqlayıb.

Hesabatda bildirilir ki, gələn il Rusiyada benzin və tütün məhsullarınının qiyməti 4,6%, avtomobillərin qiyməti 0,2%, şərab məhsullarının qiyməti 0,9% arta bilər.

Benzinin bahalaşması məhsulların daşınması xərclərini artırmaqla son nəticədə malların özünün bahalaşmasına gətirib çıxaracaq.

Sənədə əsasən, 2019-cu ildə malların qiymətindəki dəyişikliyə ƏDV-nin, aksiz vergisinin artması və Ümumdünya Ticarət Təşkilatının tələbləri təsir edəcək.(report.az)


Xəbər lenti