Xəzər Xəbər

Cari ildə Azərbaycana idxal olunan avtomobillərin sayı açıqlanıb

İqtisadiyyat | 14:49 • 18 Dekabr 2018
Cari ildə Azərbaycana idxal olunan avtomobillərin sayı açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 22 min 714 ədəd olub.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 235 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 20 min 429 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1938 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 112 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Xəbər lenti