Xəzər Xəbər

Əhalinin banklardakı əmanətləri artıb

İqtisadiyyat | 12:55 • 18 Dekabr 2018
Əhalinin banklardakı əmanətləri artıb

Mərkəzi Bankın məlumatına görə 2018-ci il noyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq 8140,0 milyon manat təşkil edib.
Əmanətlərin 63,5 faizi xarici, 36,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,4 dəfə, xarici valyutada əmanətlər isə 1,6 faiz artıb.

Noyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,93 (2,02) manata, 100 Rus rubluna 2,57 (2,74) manata bərabər olub.

Xəbər lenti