Xəzər Xəbər

Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları 6 milyon dollara yaxınlaşıb

İqtisadiyyat | 12:22 • 18 Dekabr 2018
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları 6 milyon dollara yaxınlaşıb

Cari ilin 11 ayında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 5 milyon 442 min dollardan çox olub. Bu barədə AZƏRTAC-a Moldova Respublikasının Milli Statistika Bürosundan məlumat verilib.

Məlumata görə, hesabat dövründə Azərbaycanın Moldovadan idxal etdiyi məhsulun dəyəri 4 milyon 999 min 45 dollardan çox olub. Azərbaycandan Moldovaya isə 443 min 31 dollar dəyərdə məhsul ixrac olunub.

Xəbər lenti