Xəzər Xəbər

Arıçılıqla məşğul olanlara 1 milyon manata yaxın subsidiya veriləcək

İqtisadiyyat | 18:56 • 14 Dekabr 2018
Arıçılıqla məşğul olanlara 1 milyon manata yaxın subsidiya veriləcək

Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, iclasda 25 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 3959 arıçıya saxladıqları 92664 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 926640,0 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.

İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edib. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.

Respublika Komissiyasının qərarı ilə subsidiya veriləcək arıçıların və onların arı ailələrinin (pətəklərinin) respublikanın rayonları və şəhərləri üzrə bölgüsü aşağıdakı kimi olub:

Rayon

Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərin sayı (nəfər)

Arı ailələrinin (pətəklərin) sayı (ədəd)

Subsidiyanın məbləği (manat)

1

Ağstafa

87

1436

14360

2

Ağsu

342

6127

61270

3

Göygöl

232

5600

56000

4

Kəlbəcər

143

4955

49550

5

Laçın

66

1214

12140

6

Lerik

227

4211

42110

7

Lənkəran

44

935

9350

8

Quba

274

8211

82110

9

Qusar

241

5694

56940

10

Xocalı

82

1982

19820

11

Şəki

101

6474

64740

12

şəmkir

74

1199

11990

13

Şuşa

44

1086

10860

14

Tovuz

352

5182

51820

15

Xızı

40

1200

12000

16

Yardımlı

134

2885

28850

17

Zaqatala

816

20974

209740

18

Zərdab

51

800

8000

19

Daşkəsən

86

1872

18720

20

Gədəbəy

139

1721

17210

21

Yevlax

13

149

1490

22

Bərdə

18

410

4100

23

Tərtər

201

3499

34990

24

Astara

76

1793

17930

25

Xaçmaz

76

3055

30550

Yekun:

3959

92664

926640

Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.

Bu günə qədər Respublika Komissiyasının keşirilmiş iclaslarında ölkə üzrə cəmi 8613 arıçya 206479 arı ailəsinə (pətəyə) görə 2 milyon 64 min 790 manat məbləğində subsidiyanın ödənilməsinə dair qərar qəbul edilmişdir.

Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadar. Rayon (şəhər) komissiyalarından zəruru sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.

Xəbər lenti