Xəzər Xəbər

Azərbaycanda neft-qaz hasilatı artıb

İqtisadiyyat | 13:21 • 14 Dekabr 2018
Azərbaycanda neft-qaz hasilatı artıb

Azərbaycanda neft hasilatı 0,2 faiz, əmtəəlik təbii qaz istehsalı isə 4,9 faiz artıb.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-noyabr aylarında 44 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin neft sektorunda məhsul istehsalı 0,3 faiz artıb.


Sənaye məhsulunun 73,4 faizi mədənçıxarma sektorunda, 4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.


Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,6 faiz artıb.

Xəbər lenti