Xəzər Xəbər

Avtomobildən 75 ədəd güllə tapılıb - FOTO

İqtisadiyyat | 15:19 • 11 Dekabr 2018
Avtomobildən 75 ədəd güllə tapılıb -

Avtomobildən 75 ədəd güllə tapılıb.


Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən xezerxeber.az-a bildirilib ki, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Rusiya vətəndaşının idarə etdiyi "Lexus LX 570” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.


Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarının arasındakı qolaltı sandıqçada olan bir ədəd şəffaf polietilen paketin içərisindən arxa tərəfində "9 mm Luger” yazıları olan 75 ədəd güllə aşkarlanıb.


Faktla bağla araşdırma aparılır.

Xəbər lenti