Xəzər Xəbər

Azərbaycan və Türkiyə birgə yük vaqonları istehsal edəcək

İqtisadiyyat | 12:38 • 6 Dekabr 2018
Azərbaycan və Türkiyə birgə yük vaqonları istehsal edəcək

Azərbaycan və Türkiyə yük vaqonlarının birgə istehsalına başlayacaq.


Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan Türkiyə KİV-lərinə müsahibəsində deyib.


O bildirib ki, Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək yük vaqonlarını birlikdə istehsal edəcək. Bununla əlaqədar Azərbaycanda zavod yaradılacaq. Nazirin sözlərinə görə birgə müəssisənin layihələşdirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Xəbər lenti