Xəzər Xəbər

Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub

İqtisadiyyat | 12:03 • 6 Dekabr 2018
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub

Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib.


Xezerxeber.az xəbər verir ki, bununla bağlı dekabrın 6-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ictimai təqdimat keçirilib.


Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov qeyd edib ki, portal ünvanla bağlı bütün məlumatları bir yerdə cəmləşdirən vahid platformadır. Sayt Ünvan Reyestri İnformasiya Sisteminin məlumat bazası əsasında yaradılıb, yeni və köhnə ünvanlar burada yerləşdirilib. Bu informasiya resursu Avropada Ünvan Məlumatları İnfrastrukturu prinsipləri əsasında hazırlanıb. Portalın istifadəyə verilməsi prosesində dövlət qurumları, ictimai təşkilatlar və mütəxəssislərlə birlikdə müzakirələr aparılıb.


Gələcəkdə saytın daha da təkmilləşdirilməsi ilə bağlı yeni ideya və fikirlər dəyərləndiriləcək.

Xəbər lenti