Xəzər Xəbər

İran OPEC-dən güzəşt istəyir

İqtisadiyyat | 11:54 • 6 Dekabr 2018
İran OPEC-dən güzəşt istəyir

İran Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hasilatın azaldılmasına dair alacağı qərar çərçivəsində bu ölkəyə güzəşt olunmasını istəyir.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri Vyanada keçiriləcək OPEC Nazirlər Şurasının 175-ci iclasından öncə jurnalistlərə müsahibəsində İranın neft naziri Bijən Namidar Zəncənə deyib.


Nazir ABŞ-ın ölkəsinə tətbiq etdiyi sanksiyalarla əlaqədar OPEC-in neft istehsalının azaldılmasına dair alacağı qərar çərçivəsində İrana güzəşt olunmasını istəyir: "Qeyri-qanuni sanksiyalar davam etdiyi təqdirdə İran gələcəkdə neft istehsalının səviyyəsinin azaldılmasına dair hər hansı qərardan azad olunmalıdır”.


O, daha sərt bəyanatla çıxış edərək deyib: "İrana qarşı sanksiyalar davam etdiyi təqdirdə bu ölkənin OPEC üzrə kvotası heç kimlə müzakirə olunmayacaq”.

Xəbər lenti