Xəzər Xəbər

Neft Fondu noyabrda 654,1 milyon dollar satıb

İqtisadiyyat | 10:32 • 6 Dekabr 2018
Neft Fondu noyabrda 654,1 milyon dollar satıb

Dövlət Neft Fondu (SOFAZ) valyuta satışı ilə bağlı açıqlama yayıb.

Fondun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin noyabr ayı ərzində 654,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Qeyd edək ki, SOFAZ tərəfindən 2018-ci ilin oktyabr ayı ərzində 489,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Xəbər lenti