Xəzər Xəbər

Türkiyə noyabrda İrandan neft almayıb

İqtisadiyyat | 11:45 • 4 Dekabr 2018
Türkiyə noyabrda İrandan neft almayıb

Türkiyə noyabr ayında İrandan neft almayıb.


Xezerxeber.az "Reuters”ə istinadla xəbər verir ki, ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyaları çərçivəsində 6 aylıq müvəqqəti güzəşt tətbiq edilən ölkələrdən biri olan Türkiyənin noyabrda İrandan neft idxalı sıfıra enib. Türkiyənin əsas xam neft idxalçısı olan "Tüpraş” holdinqi oktyabr ayında İrandan gündəlik təxminən 129 min barrel xam neft alıb. Lakin holdinq noyabr ayında İrandan neft almayıb.


Bir mənbəyə görə, oktyabrın ortasından noyabrın ortasınadək "Tüpraş”ın İzmit zavodunda planlaşdırılmış profilaktika işləri aparılıb və bu da xam neft tələbatının azalmasına gətirib çıxarıb.

Xəbər lenti