Xəzər Xəbər

Qətər OPEC-i tərk edir

İqtisadiyyat | 11:45 • 3 Dekabr 2018
Qətər OPEC-i tərk edir

Qətər OPEC-dən (Neft İxrac Edən Ölkələr Birliyi) çıxacaq.

Xezerxeber.az-ın məlumatına görə, Qətərin energetika və sənaye naziri Saad bin Şnida əl-Kaabi deyib ki, ölkəsi yanvar ayının 1-dən OPEC-dən çıxmağa hazırlaşır.

Qeyd edək ki, OPEC 1960-cı il sentyabrın 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb.

Qətərdən başqa İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador və Anqola təşkilatın üzvüdür.

Xatırladaq ki, 2007-ci ildə İndoneziya OPEC-i tərk edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti