Xəzər Xəbər

“Türk axını”na rəqib gəldi: 3,5 trilyonluq...

İqtisadiyyat | 13:02 • 27 Noyabr 2018
“Türk axını”na rəqib gəldi:

İsrail, İtaliya, Yunanıstan və Cənubi Kipr "East Med” qaz kəmərinin tikilişi məsələsində razılaşıblar.

Bu məlumatı "Tayms of İsrail” qəzeti yayıb. Razılaşmaya əsasən, qaz kəməri üçün əsas mənbə 3,5 trilyon kub metrlik ehtiyata sahib olan "Leviafan” yatağıdır. Dənizin dibiylə çəkiləcək qaz kəmərinin dəyərinin 7 milyard dollar olacağı gözlənilir.

Tərəflər arasında bununla bağlı müqavilə fevralda imzalanacaq.

Qeyd edək ki, bu kəmərin ildə 20 milyard kub metr qaz ötürməsi nəzərdə tutulub. Onu Türk Axını qaz kəmərinin əsas rəqiblərindən biri hesab edirlər./axar.az

Xəbər lenti