Xəzər Xəbər

Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı rekord həddə çatıb

İqtisadiyyat | 14:30 • 26 Noyabr 2018
Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı rekord həddə çatıb

Səudiyyə Ərəbistanı sutkalıq neft istehsalını rekord həddə çatdırıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə "Reuters” agentliyi məlumat yayıb.


Agentliyin xəbərinə görə, noyabrda Səudiyyə Ərəbistanının neft hasilatı sutkada orta hesabla 11,1-11,3 milyon barrel olmaqla tarixinin maksimum səviyyəsinə yüksəlib.


Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ötən həftə ölkəsinin noyabrda oktyabrla müqayisədə daha çox neft hasil etdiyini bildirmişdi.


Nazir daha əvvəl isə dekabrda Səudiyyə Ərəbistanının neft ixracını 500 min barrel azaldacağını açıqlamışdı.

Xəbər lenti