Xəzər Xəbər

Siqaret qutusundan narkotik çıxdı

İqtisadiyyat | 14:54 • 24 Noyabr 2018
Siqaret qutusundan narkotik çıxdı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstan vətəndaşının idarə etdiyi "Toyota Tundra" markalı avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən xezerxeber.az-a bildiriblər ki, Gürcüstandan gələn nəqliyyat vasitəsinə rentgen baxışı zamanı avtomobildə olan çantalardan birində bıçaq müəyyən edilib. Bundan sonra çantalar yoxlanılıb. Nəticədə digər çantada, siqaret qutusunun içində, ümumu çəkisi 8 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti