Xəzər Xəbər

Aksiz markası olmayan spirli içkilər aşkarlanıb

İqtisadiyyat | 11:58 • 24 Noyabr 2018
Aksiz markası olmayan spirli içkilər aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə "Mercedes Benz" markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış spirtli içkilərin olması barədə məlumat daxil olub.


Xezerxeber.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, məlumat əsasında yaradılmış müvafiq əməliyyat qrupu həmin nəqliyyat vasitəsini nəzarətə götürüb. Belə ki, keçirilmiş tədbir nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil Şəmkir rayonunun Düyənli kəndi ərazisində saxlanılıb. Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün Tovuz gömrük postunun inzibati binasının həyətinə aparılıb. Baxış zamanı avtomobilin yük yerində və salonunda sellofan bağlamalarda üzərində "Kremlin" yazılan 83 ədəd, üzərində "Beluga" yazılan 6 ədəd 0,7 litrlik, üzərində "Almaz" yazılan 6 ədəd 0,7 litrlik və üzərində "Rosi" yazılan 37 ədəd 0,7 litrlik şüşə qablarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb.


Faktla bağla araşdırma aparılır.

Xəbər lenti