Xəzər Xəbər

Neftin qiyməti son 13 ayın minimumuna enib

İqtisadiyyat | 11:53 • 24 Noyabr 2018
Neftin qiyməti son 13 ayın minimumuna enib

Neftin qiyməti son 13 ayın minimumuna geriləyib.


AZƏRTAC xəbər verir ki, "Brent” markalı xam neftin bir barrelinin qiyməti ötən ilin oktyabrından indiyədək ən aşağı səviyyəyə düşüb. "Light” markalı neftin qiyməti də son 13 ayın minimumuna geriləyib.


Hazırda "Brent”in bir barreli Londonun ICE birjasında 58,80 dollara, "Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 50,42 dollara alıcı axtarır.


Ekspertlərin fikrincə, hazırda bazarda tədarük bolluğu davam edir və bu da qiymətin ucuzlaşmasına səbəb olur. Əgər Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr və Rusiya başda olmaqla digər qeyri-OPEC hasilatçılar dekabrda keçiriləcək toplantıda istehsalı yetərli səviyyədə azaltmasalar bazarda artan tədarük nəticəsində "qara qızıl”ın qiyməti daha da geriləyə bilər.

Xəbər lenti