Xəzər Xəbər

Dəniz limanlarında 8,2 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

İqtisadiyyat | 13:47 • 24 Noyabr 2018
Dəniz limanlarında 8,2 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

Bu ilin yanvar-oktyabr aylarında dəniz limanlarında 8 milyon 199 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, yüklərin 7 milyon 764,5 min tonunu və ya 94,5 faizini tranzit yüklər təşkil edib. Cari il noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 193,5 min ton olub.


Dövr ərzində dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,7 faiz azalaraq 13,6 min nəfər təşkil edib.

Xəbər lenti