Xəzər Xəbər

Təsərrüfat sahiblərinə “Fermer kartı” verilir

İqtisadiyyat | 12:35 • 21 Noyabr 2018
Təsərrüfat sahiblərinə “Fermer kartı” verilir
Dövlət Aqrar Ticarət Şirkətinin təşəbbüsü və "Kapital Bank”ın dəstəyi ilə kənd təsərrüfatı məhsulları istehsalçısı olan kiçik və orta fermer təsərrüfatı sahiblərinə yetişdirdikləri məhsulların dəyəri nağd şəkildə deyil, "Fermer kartı” vasitəsilə ödəniləcək. Kartdan vəsait çıxarılan zaman fermerlərdən hər hansı xidmət haqqı tutulmayacaq.


Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən XəzərXəbər-ə bildiriblər ki, kart vasitəsilə hər bir fermerə identifikasiya kodu veriləcək, alqı-satqı prosesinin qeydiyyatı aparılacaq. Bunun da fermerlərlə əməkdaşlıqda şəffaflıq təmin olunacaq.

Kartdan istifadə fermerlərə ödəniləcək vəsaitin dərhal onlara çatmasına imkan verəcək, eyni zamanda, bölgələrdə nağdsız ödənişləri stimullaşdıracaq.

Tərəfdaş bankın bölgələrdə ATM sayının çox olması fermerlərin əlavə vaxt itkisinin qarşısını alacaq. Fermerlər, həmçinin kart dövriyyəsini göstərməklə bank və kredit təşkilatlarının digər xidmətlərindən də rahatlıqla istifadə edə biləcək.

"Fermer kartı”nın ilkin olaraq, "Kənddən Şəhərə” mağazasına təchizatçı qismində üzv olan fermer və sahibkarlara verilməsi nəzərdə tutulub. İlk kartlar Dövlət Aqrar Ticarət Şirkətinin əməkdaşlıq etdiyiQubarayonuZərdabi kənd sakini Tahir Cəfərov vəXaçmazrayonu Yergüc kənd sakini Aydın Əspəndiyevə təqdim edilib.

Xəbər lenti