Xəzər Xəbər

Gürcüstandan gələn Azərbaycan vətəndaşında giliz və güllə aşkarlanıb

İqtisadiyyat | 15:10 • 20 Noyabr 2018
Gürcüstandan gələn Azərbaycan vətəndaşında giliz və güllə aşkarlanıb

Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal piyada keçidinə daxil olan Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, vətəndaşın gödəkçəsi rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Sorğu-sual zamanı vətəndaş gödəkçəsinin cibində təsbeh olduğunu bildirib.

Yoxlama zamanı isə, gödəkçənin sol üst cibindən, üzərində "YVX 9P 16" yazısı olan üç ədəd boş giliz və bir ədəd üzərində "SB 14 9P" yazısı olan güllə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti