Xəzər Xəbər

Bu il Azərbaycana idxal olunan avtomobillərin sayı açıqlanıb

İqtisadiyyat | 15:05 • 20 Noyabr 2018
Bu il Azərbaycana idxal olunan avtomobillərin sayı açıqlanıb

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal edilən avtomobillərin sayı 19 min 336 ədəd olub.


Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 179 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 17 min 345 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1722 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 90 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Xəbər lenti