Xəzər Xəbər

Neftin taleyini üç şəxs müəyyənləşdirir

İqtisadiyyat | 12:55 • 20 Noyabr 2018
Neftin taleyini üç şəxs müəyyənləşdirir

Dünyada neft qiymətlərini üç siyasətçi müəyyənləşdirir.

Dünyada neft qiymətlərini üç siyasətçi – Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman müəyyənləşdirir.

"Blumberq” agentliyi artıq OPEK-in qiymət müəyyənləşdirilməsində rol oynamadığını bildirib. Belə ki, ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının OPEK-in digər 15 üzvündən daha çox neft istehsal etdiyi açıqlanıb:

"Bu üç ölkənin liderlərinin fərqli hədəfləri var. Ər-Riyad büdcəni doldurmaqdan ötrü yanacaq ixracını davam etdirir. Tramp isə öz növbəsində Səudiyyə Ərəbistanı ilə yaxşı münasibətləri Qaşıqçı cinayəti fonunda qoruyub saxlamaq istəyir.

Rusiyanın neft qiymətlərindən asılılığı 2016-cı ilə nisbətdə daha azdır. Belə ki, neft şirkətləri buraya qoyduqları investisiyalardan gəlir əldə etmək istəyirlər".(axar.az)

Rubrikanın digər xəbərləri

Xəbər lenti