Xəzər Xəbər

Çəhrayı brilyant üzük rekord qiymətə satıldı

İqtisadiyyat | 13:29 • 15 Noyabr 2018
Çəhrayı brilyant üzük rekord qiymətə satıldı

İsveçrənin Cenevrə şəhərindəki açıq hərracda"The Pink Legacy”adlı bəzəkli parlaq çəhrayı brilyant üzük rekord qiymətəsatılıb.

XəzərXəbər TRT-yə istinadən xəbər verir ki, "Christie's” Hərrac Evinin keçirdiyi açıq hərracda 19 karatlık brilyant üzük üçün 44 milyon 500 min İsveçrə frankı ödənilib.

Bu üzük açıq hərracda satışa çıxarılan ən böyük və ən bahalı metal kimi rekord qırıb. Satışdan bir neçə saniyə sonra brilyant üzüyün adı "Uinston Pink Legacy” olaraq dəyişdirilb.

Məlumata görə, üzük 20-ci əsrin 20-ci illərində Cənubi Afrika Respublikasından gəlib. O, almaz ticarəti ilə məşğul olan yəhudi milyarder Oppenhaymer ailəsindən miras qalıb.

Xəbər lenti