Xəzər Xəbər

“Brent”in qiyməti 68 dollara düşüb

İqtisadiyyat | 15:28 • 13 Noyabr 2018
“Brent”in qiyməti 68 dollara düşüb

"Brent” markalı neftin bir barrelinin qiyməti son 8 ayın minimumuna enib.

AZƏRTAC xəbər verir ki, "Brent”in bir barrelinin qiyməti Londonun ICE birjasında 68,58 dollara düşərək cari ilin martından indiyədək ən aşağı səviyyəyə geriləyib. Nyu-Yorkun NYMEX birjasında isə "Light” neftinin bir barrelinin qiyməti 58,54 dollara enib.

Ekspertlərin fikrincə, "qara qızıl”ın qiyməti Səudiyyə Ərəbistanının dekabrda neft ixracını 500 min barrel azaldacağını açıqlaması, OPEC-in gələn il üçün hasilatını yenidən aşağı salmağı nəzərdən keçirdiyinə dair xəbərlərin yayılması və ABŞ-ın buna reaksiyası fonunda ucuzlaşır. Həmçinin qlobal iqtisadiyyata dair mənfi gözləntilər və ABŞ-ın İrana qarşı sanksiyalarda 8 ölkəyə güzəştə getməsindən sonra bazarda tədarükün çoxalması da neftin qiymətinin aşağı istiqamətli dəyişməsinə təsir edən əsas faktorlardır.

Xəbər lenti