Xəzər Xəbər

Bu, ən böyük büdcə olacaq Vüqar Gülməmmədov

İqtisadiyyat | 14:23 • 13 Noyabr 2018
Bu, ən böyük büdcə olacaq

Hesablama Palatası müxtəlif ölkələrin təcrübəsi nəzərə alınaraq dövlət büdcəsinin icrasına təsir edəcək risk faktoru müəyyən edib.

Bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə 2019-cu il müdcə layihəsinin müzakirəsi zamanı deyib.

Sədr dövlət büdcəsi ilə bağlı yeni ssenarilərin tətbiqi neft gəlirlərdən asılığının azalması, itkilərin minimuma endirilməsi, xərclərin səmərəliliyin artmasına imkan yaratdığını deyib:

"Dövlət borcunun dinamik deyil, statik xarakterli göstəricilərlərlə dəyərləndirilməsi dövlət büdcəsinin icrasına təsir edən risklərdəndir”.

V.Gülməmmədov bildirib ki, Hesablama Palatası tərəfindən büdcə inzibatçılığının gücləndirilməsi, büdgə gəlirlərinin mümkün artım potensilanı da müəyyən edib.

"Vergi boşluğunun hesablanması, yeni vergitutma obyektlərinin müəyyən edilməsi vergi inzibatçılığının yüksəlməsinə təsir edəcək. Fiskal riskləri nəzərə alaraq 5 metodoloji sənəd əsasında yanaşma müəyyən edilib. Ölkəmizdə borc dayanıqlılğının təmin edildiyi deməyə əsas verir. 2019-cu ilin dövlət büdcəsi valyutanın manatla ifadə edildiyi dövrdə ən böyük büdcəsi olaraq müəyyən edilib”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti