Xəzər Xəbər

SWIFT İran Mərkəzi Bankını öz sistemindən kənarlaşdırdı

İqtisadiyyat | 10:49 • 13 Noyabr 2018
SWIFT İran Mərkəzi Bankını öz sistemindən kənarlaşdırdı

Beynəlxalq banklararası informasiyaların ötürülməsini və ödənişlərin keçirilməsini həyata keçirən SWIFT ABŞ-ın sanksiyalar siyahısına daxil olan İranın Mərkəzi Bankının və digər təşkilatların öz sistemindən kənarlaşdırması barədə Vaşinqtonu məlumatlandırıb.

TASS xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə nazirinin müavini Siqal Mandelker bildirib.

O, xəbərdarlıq edib ki, Amerika İslam Respublikasına qarşı öz sanksiyalarını ciddi şəkildə həyata keçirmək niyyətindədir və İrana qarşı təzyiq üçün əlavə tədbirlər görəcək.

"İranla bağlı daha çox şeylərin qəbul ediləcəyini görəcəksiniz", - deyə Mandelker əlavə edib./publika.az

Xəbər lenti