Xəzər Xəbər

Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsindən 58,2 milyon dollar gəlir əldə edilib

İqtisadiyyat | 16:07 • 12 Noyabr 2018
Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsindən 58,2 milyon dollar gəlir əldə edilib

Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi ötən il ərzində 1,36 milyard ABŞ dolları artaraq dövrün sonuna 5,33 milyard dollar təşkil edib. Valyuta aktivlərinin idarə edilməsindən 58,2 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.


Xezerxeber.az Mərkəzi Bankın illik hesabatına istinadən bildirir ki, ötən il inkişaf etmiş ölkələrin mərkəzi banklarının pul siyasətlərinin normallaşdırılmasından irəli gələn aşağı gəlirlilik və yüksək dəyişkənlik şəraitində Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsi üzrə siyasətinin əsas prioriteti vəsaitlərin qorunub saxlanılması olub.


Valyuta ehtiyatlarının idarə edilməsi üzrə investisiya siyasətinin əsas komponentləri kimi aktivlərin yüksək kredit keyfiyyəti və likvidliyi təmin edilib. Hesabat ilinin sonuna rəsmi valyuta ehtiyatlarının 90 faizi ABŞ dollarında, 5 faizi avroda, 2 faizi funt-sterlinqdə, 3 faizi isə SDR-də (BVF-nun xüsusi borclanma hüquqları) etibarlı maliyyə institutlarında saxlanılıb.

Xəbər lenti