Xəzər Xəbər

Azərbaycanda mikromüəssisələrin sayı artacaq

İqtisadiyyat | 14:02 • 10 Noyabr 2018
Azərbaycanda mikromüəssisələrin sayı artacaq

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə birlikdə sahibkarlığa dəstək məqsədilə "Sabit mikromüəssisələrin inkişafının sürətləndirilməsi" adlı birgə layihə həyata keçirir.

Bu barədə Trend-ə Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov deyib.

V.Zeynalovun sözlərinə görə, layihənin dəyəri 250 min avrodan çoxdur.

O deyib: "Layihənin məqsədi regionlarda mikromüəssisələrin yaradılması və inkişafını stimullaşdırmaq və yeni iş yerlərinin yaradılmasıdır. Biz layihənin realizəsini 2021-ci ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırırıq. Layihə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Kür-Araz (Aran) iqtisadi zonalarında biznes mühitin yaxşılaşdırılmasına istiqamətlənib".

Qeyd edək ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 1999-cu il martın 5-də təsis edilib və rəsmi dövlət qeydiyyatından keçib.

Xəbər lenti