Xəzər Xəbər

ABŞ-da 1081 aktiv qazma qurğusu var

İqtisadiyyat | 10:59 • 10 Noyabr 2018
ABŞ-da 1081 aktiv qazma qurğusu var

ABŞ-dakı aktiv qazma qurğularının sayı artıb.


AZƏRTAC xəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 14 ədəd artaraq 1081 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 174 ədəd çoxalıb.


Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 12 ədəd çoxalaraq 886 olub. Bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 148 ədəd artıb.


Ölkədəki aktiv qaz qazma qurğularının sayı isə 2 ədəd artaraq 195 olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 26 ədəd çoxalıb.


Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

Xəbər lenti