Xəzər Xəbər

Əmanətlərin tam sığortalanması müddəti uzadılmalıdır - EKSPERT

İqtisadiyyat | 09:33 • 6 Noyabr 2018
Əmanətlərin tam sığortalanması müddəti uzadılmalıdır -

5 ay sonra "Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvədən düşür. Belə ki, 2016-cı ilin martın 1-də qüvvəyə minən sözügedən qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır. Bu isə o deməkdir ki, qanuna əsasən, gələn il martın 1-dən etibarən yenidən yalnız məbləği 30 min manatadək olan əmanətlər sığortlanacaq.


Xezerxeber.az bildirir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov bildirib.


O qeyd edib ki, bu qanunu 2016-cı ildə, neftin dünya bazar qiymətləri yüksək olmayan dövrdə banklara əmanətlərin cəlb edilməsi baxımdan vacib addım hesab edilir: "Belə ki, müəyyənləşdirilmiş faiz dəhlizləri çərçivəsində əmanətlərin tam sığortlanması banklarda depozitin saxlanmasını təşviq etdi. Digər tərəfdən, müflis elan edilən banklarda qorunan əmanətlərin tam həcmdə qayatarılması da depozit yığımlarına maraq yaradır".


Ekspert hesab edir ki, bu qanun o zaman qəbul edilməsəydi əmanətlərin banklardan kütələvi çəkilməsi baş verə bilərdi. Bu baxımdan, məbləği böyük olan əmanətlərin banklardan çəkilməməsi üçün "Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişiklik edilməsi məbləğindən asılı olmayaraq əmanətlərin tam sığortlanması müddətinin daha 3 il uzadılması məqsədəuyğundur: "Daha uyğun olardı ki, müddətin uzadılması ilə bağlı qərar 2018-ci ilin sonunadək qəbul edilsin. Çünki bu halda yüksək məbləğli əmanət sahiblərinin depozitlərinin sığortalanmayacağından narahat olub vəsiatlərini banklardan götürmə riski aradan qalxar".

Xəbər lenti