Xəzər Xəbər

İran elektrik istehsalına görə Yaxın Şərqdə 1-ci, dünyada 14-cü yeri tutur

İqtisadiyyat | 09:31 • 6 Noyabr 2018
İran elektrik istehsalına görə Yaxın Şərqdə 1-ci, dünyada 14-cü yeri tutur

İran elektrik istehsalına görə Yaxın Şərqdə birinci, dünyada isə 14-cü yeri tutur.


Trend-in məlumatına görə, bunu İranın istilik elektrik enerjisi istehsalı şirkətinin rəsmisi Əbdürəsul Pişahəng deyib.


Onun sözlərinə görə, İranda 91 İstilik Elektrik Stansiyası fəaliyyət göstərir:


"Onun 39-u dövlət, 41-i isə özəl sektora məxsusdur. 11 stansiya da inşa olunmaqdadır".


Ə.Pişahəng deyib ki, İran elektrik şəbəkəsi və elektrikin paylanması ilə bağlı avadanlıqların 90%-ni daxildə istehsal edir.

Xəbər lenti