Xəzər Xəbər

Türkiyədə illik inflyasiya 25%-i keçdi

İqtisadiyyat | 12:40 • 5 Noyabr 2018
Türkiyədə illik inflyasiya 25%-i keçdi

Türkiyənin Statistika İdarəsi infliyasiya göstəricilərini açıqlayıb.


Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bu ilin oktyabr ayında qonşu ölkədə qiymətlər 2,67%, son 1 ildə isə 25,24% artıb.


Xatırladaq ki, sentyabr ayının yekununda aylıq və illik inflyasiya göstəriciləri müvafiq olraq 6,3% və 24,52% təşkil etmişdi.


Yeni rəqəmlər açıqlandıqdan sonra Türkiyədə ABŞ dollarına tələbat dəyişməyib və Amerika valyutasının məzənnəsi 5,45 lirə ətrafındadır.

Xəbər lenti