Xəzər Xəbər

Karl Marks dairəsi yenidən açıldı - Hərəkət başqa cür təşkil olunub - FOTO

İqtisadiyyat | 11:25 • 5 Noyabr 2018
Karl Marks dairəsi yenidən açıldı -

Bir müddət öncə bağlanan "Karl Marks" dairəsi yenidən açılaraq sürücülərin istifadəsinə verilib. 

Xezerxeber.az xəbər verir ki, Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində olan "Karl Marks" kimi tanınan dairədə yeni yol nişanları qoyulub və hərəkət sxemində dəyişikliklər olunub. Belə ki, həmin dairə əsl dairə statusundan çıxaraq hərəkət başqa cür təşkil olunub. Həmin yerdə geriyə dönmək üçün yerlər ayrılaraq məlumatverici nişanlar da quraşdırılıb.

Qeyd etdiyimiz yoldan istifadə edən sürücülərdən yol nişanlarına diqqət etmələrini və yol hərəkəti qaydalarını pozmamalarını xahiş edirik.

Xəbər lenti