Xəzər Xəbər

Azərbaycan Baltikyanı ölkələrə meyvə-tərəvəz ixracını artıracaq

İqtisadiyyat | 09:10 • 5 Noyabr 2018
Azərbaycan Baltikyanı ölkələrə meyvə-tərəvəz ixracını artıracaq

Azərbaycan Baltikyanı ölkələrə meyvə-tərəvəz ixracını artırmaq niyyətindədir.


Bunu özəl olaraq Trend-ə Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev deyib.


Onun sözlərinə görə, bu istiqamətdə ixrac həcmi hələ böyük deyil, lakin bu ilin sonuna kimi artacaq və bundan sonra da artacaqdır.


"Hazırda Latviya ilə sıx əməkdaşlıq edirik və buna görə də digər iki Baltik ölkəsi ilə müqayisədə Latviya bazarına ixracın həcmi çoxdur", - B.Quliyev deyib. O qeyd edib ki, Latviyada Azərbaycan Ticarət Evinin açılması Azərbaycanın meyvə və tərəvəzinin satışına müsbət təsir göstərir.


Assosiasiyanın sədri əlavə edib ki, bu gün Azərbaycan üçün Rusiya və digər MDB ölkələr əsas satış bazarları olaraq qalmaqdadır.

Xəbər lenti