Xəzər Xəbər

İranda gündəlik 9,2 milyon barel neft və qaz hasil olunur

İqtisadiyyat | 09:56 • 4 Noyabr 2018
İranda gündəlik 9,2 milyon barel neft və qaz hasil olunur

İranda gündəlik 9 milyon 200 min barel neft və qaz hasil olunur.


Xezerxeber.az-ın İSNA-ya istinadən verdiyi məlumata əsasən, bu sözləri İranın Beynəlxalq Energetika Araşdırmalar Müəssisəsinin rəhbəri Əli Mobini bu müəssisədə keçirilən "neft sənayesində problemlərin fürsətlərə çevrilməsi” adlı iclasda deyib.


Onun sözlərinə görə, İran təxminən 6 milyon 200 min bareli özü istifadə edir.


Mobini 2015 və 2016-cı illərin ixracatını müqayisə edib: "Xam neftin ixracı 1,84%-dən 3,21%-ə artıb".


"2015-ci illə müqayisədə 2016-cı ildə nəqliyyat sektorunda yekun istehlak 4,8% artıb. Neft-Kimya zavodlarının yanacağı isə həmin dövrdə 14,26% artıb. Bu da iqtisadiyyatın inkişaf etdiyini və xam neftin satışından uzaqlaşdığını göstərir”, - deyə o bildirib.

Xəbər lenti