Xəzər Xəbər

Azərbaycan və Türkmənistan birgə komissiya yaradacaq

İqtisadiyyat | 09:48 • 4 Noyabr 2018
Azərbaycan və Türkmənistan birgə komissiya yaradacaq

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov nəqliyyat, ətraflı tədqiq və bütün müvafiq məsələlərin vaxtında həlli məsələlərinin müzakirəsi üçün Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyasının yaradılması üçün lazımi addımların atılmasına dair göstəriş verib.


Trend-in türkmən KİV-lərinə istinadən verdiyi məlumata əsasən, prezident göstərişi ölkənin Nazirlər Kabinetinin iclası zamanı verib.


Berdiməhəmmədov Türkmənistan, Əfqanıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçən və geniş geoiqtisadi məkanda səmərəli qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə kömək edəcək "Lazurit" beynəlxalq nəqliyyat-tranzit dəhlizinin vaciblliyini vurğularıb.


Prezident həmçinin qeyd edib ki, Türkmənistan "TRASEKA" proqramının fəal tərəfdaşı və iştirakçısı qisminə çıxış etməyə hazırdır.

Xəbər lenti