Xəzər Xəbər

Neftin qiyməti 2016-cı ildən indiyədək ən böyük aylıq itki ilə üzləşib

İqtisadiyyat | 17:14 • 1 Noyabr 2018
Neftin qiyməti 2016-cı ildən indiyədək ən böyük aylıq itki ilə üzləşib

Neftin qiyməti 2016-cı ildən bu vaxtadək ən böyük aylıq itki ilə üzləşib.


Neftin qiyməti yavaşlayan qlobal iqtisadiyyat, ABŞ-da artan ehtiyatlar və istehsalçılardan gələn qarışıq mesajlara görə onsuz da qeyri-müəyyən olan bazarı daha da pis vəziyyət qarşısında qoyub. Belə ki, "Brent” markalı neftin bir barrelinin qiyməti 76 dolları ötdükdən sonra təxminən 10 faiz geriləyib. Bununla da, "qara qızıl”ın qiyməti son iki ildən artıq müddətdə ən pis aylıq çıxışını göstərib.


Ekspertlərin fikrincə, neftin qiyməti tədarük bolluğuna dair narahatlıqlar və dolların güclənməsi fonunda geriləyir.


Hazırda "Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 74,63 dollara, "Light” nefti isə Nyu-Yorkun NYMEX birjasında 65,05 dollara alıcı axtarır. (AZƏRTAC)

Xəbər lenti