Xəzər Xəbər

Kirayə mənzil götürən zaman nələrə diqqət edilməlidir?

İqtisadiyyat | 15:46 • 1 Noyabr 2018
Kirayə mənzil götürən zaman nələrə diqqət edilməlidir?

Kirayə götürülən mənzilin yerləşdiyi bina və ətraf ərazi dəqiq araşdırılmaldır.Bunu açıqlamasında daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, kirayə mənzil seçimi edildikdən sonra həmin yaşayış binasına baxış keçrilməlidir:

"Mənzilə verilən elektrik enerjisi, qaz, kanalizasiya sistemi yoxlanmalı və daha sonra müqavilə bağlanmalıdır. İmzalanan sənəddə tərəflərin hüquq və vəzifələri tam göstərilməlidir. Yaxşı olar ki, kirayə mənzil götürən şəxslər hüquqşünas və mütəxəssisin iştirakı müqavilə bağlasınlar”.

Nüsrət İbrahimovun sözlərinə görə, müqavilədən sonra evə baxış keçirilib, akt tərtib olunmalıdır:

"Evin texniki vəziyyəti bilinməlidir. Burada ödəniş şərtləri də əsasdır. Müqavilədə mütləq kirayə pulunun ödənmə vaxtı, verginin kim tərəfindən verilməsi göstərilməlidir.

Şərtlər nəzərə alındıqdan sonra sənəd imzalana bilər. Çünki tərəflərdən biri müqavilə şərtlərin pozan zaman digər şəxs iddia qaldıra bilsin”.

Azərbaycanda kirayə bazarı hələ formalaşmadığını deyən ekspert bildirib ki, xarici ölkələrdə bu işlərlə məşğul olan şirkətlər var:

"Onlar mənzilini kirayə verən və götürənə hüquq, vəzifələrini izah edirlər. Azərbaycanda isə hər iki tərəf müqavilə şərtlərini pozur. Heç kim məsuliyyəti öz üzərinə götürmək istəmir.

Amma xaricdə qarşı tərəfin hüququnu pozan şəxs onun təzminatını ödəyir. Bizdə bu problemin aradan qalxması üçün zaman lazımdır”./Oxu.az

Xəbər lenti