Xəzər Xəbər

Gələn il Neft Fondunun gəlirləri 15,5 milyard manat nəzərdə tutulub

İqtisadiyyat | 15:20 • 31 Oktyabr 2018
Gələn il Neft Fondunun gəlirləri 15,5 milyard manat nəzərdə tutulub

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2019-cu il üçün büdcəsinin gəlirləri 15 milyard 579,2 milyon manat nəzərdə tutulub. Bu, 2018-ci illə müqayisədə 268,4 milyon manat və ya 1,8 faiz çoxdur.


Xezerxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyində deyilir.


Bildirilir ki, Dövlət Neft Fondunun 2019-cu il üçün büdcəsinin xərcləri 11 milyard 364,3 milyon manat təşkil edəcək ki, bu isə 2018-ci illə müqayisədə 84 milyon manat və ya 0,7 faiz azdır.


Əvvəlki illərdə olduğu kimi, növbəti ildə də dövlət büdcəsinin gəlirlərinin tərkibində xüsusi çəkisinə görə əsas mənbələrin Dövlət Neft Fondundan daxilolmalar üzrə 49,6 faiz təşkil edəcəyi gözlənilir. 2019-cu ildə cari illə müqayisədə dövlət büdcəsi gəlirlərində Dövlət Neft Fondundan daxilolmalar üzrə proqnoz 398,3 milyon manat çox nəzərdə tutulub.

Xəbər lenti