Xəzər Xəbər

Doktorantlara ödəniləcək təqaüddən vergi alınmayacaq

İqtisadiyyat | 13:16 • 31 Oktyabr 2018
Doktorantlara ödəniləcək təqaüddən vergi alınmayacaq

Vergilər Məcəlləsinin "Gəlir vergisindən azadolmalar və güzəştlər” maddəsinə dəyişiklik edilib.

XəzərXəbər xəbər verir ki, dəyişikliyə görə, istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri gəlir vergisindən azaddır.

Əvvəlki redaksiyada bildirildirdi ki, istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğlər gəlir vergisindən azaddır.

"102.1.14.6-cı maddəsində "aspirantlara (magistrlərə)” sözləri "doktorantlara və magistrlərə” sözləri ilə əvəz edilsin”,- yeni qanunda deyilir.

Xəbər lenti