Xəzər Xəbər

“AMAL”-ın büdcəsi 1 milyon dollardır

İqtisadiyyat | 12:51 • 30 Oktyabr 2018
“AMAL”-ın büdcəsi 1 milyon dollardır
Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə həyata keçirdiyi "Aqrar Sektorda Məşğulluq Layihəsi”nin büdcəsi 1 mln. ABŞ dollarıdır.


XəzərXəbər xəbər verir ki, bunu Təsərrüfatı Nazirliyinin yeni layihəsi - "AMAL"ın təqdimat mərasimində FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak bildirib.

O, FAO-Azərbaycan tərəfdaşlığını yüksək qiymətləndirdiyini vurğulayıb: "Kənd təsərrüfatında istixana qazlarının havaya buraxılması 20-25 faiz artıb və bir tədbir görülmədiyi təqdirdə 2050-ci ildə bunun 30 faizə çatacağı gözlənilir. Bu səbəbdən kənd təsərrüfatının dayanıqlı sahələrində inkişaf əldə olmalıdır. Ümumiyyətlə, meşə və balıqçılıq kimi dayanıqlı kənd təsərrüfatına keçməliyik. Ümumilikdə yaşıl kənd təsərrüfatına keçid ekologiyaya və məhsuıdarlığın artmasına müsbət təsir göstərir".

Xəbər lenti