Xəzər Xəbər

KİV: Çin İran neftindən imtina edib

İqtisadiyyat | 12:39 • 26 Oktyabr 2018
KİV: Çin İran neftindən imtina edib

Çin hökuməti öz neft şirkətlərindən İrandan xam neft almamağı istəyib.

Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın sanksiyaları ilə əlaqədar "China National Petroleum Corp.” ilə "Sinopec”in İrandan neft tədarükünü dayandırdığı bildirilir.

Lakin mənbələrə görə, hər iki şirkətin İrandan neft tədarükünü dayandırması müvəqqətidir. ABŞ-la aparılacaq danışıqlardan sonra tədarük yenidən bərpa edilə bilər.

Qeyd edək ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.

Xəbər lenti