Xəzər Xəbər

Rusiya və Səudiyyə Ərəbistanı neftin qiymətinin sabitləşməsi üzrə razılaşıblar

İqtisadiyyat | 12:38 • 26 Oktyabr 2018
Rusiya və Səudiyyə Ərəbistanı neftin qiymətinin sabitləşməsi üzrə razılaşıblar

Rusiya və Səudiyyə Ərəbistanı neftin qiymətinin sabitləşməsi üzrə razılığa gəliblər.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih deyib.


Nazir bildirib ki, İrana qarşı sanksiyalar var: "İranın ixracının necə olacağını heç kim bilmir. Eyni zamanda, Liviya, Nigeriya, Meksika və Venesuela kimi ölkələrdə də neft istehsalında geriləmələr var. Neftin qiyməti bazarın gücü ilə formalaşır. Rusiya ilə neftin qiymətinin sabitləşməsi üçün razılaşmışıq. Neftin qiymətinin yüksəlməsi dünya iqtisadiyyatını məhdudlaşdıracaq, hətta tənəzzülə də səbəb ola bilər”.


O qeyd edib ki, son 1,5 ildə bazarda sabitlik var idi. Bu sabitliyin yenidən təmin edilməsi üçün müdaxiləyə ehtiyac var: "Səudiyyə Ərəbistanı gündəlik neft istehsalını yaxın müddətdə 10,7 milyon barreldən 11 milyon barrelə çatdıracaq. Hətta sutkalıq hasilat 12 milyon barrelə çata bilər. Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər 1,6 trilyon riyal (təxminən 426 milyard dollar) investisiya qoyuluşu həyata keçirəcək”.

Xəbər lenti